"Tanınmışlardan çoxu övlad dünyaya gətirən kimi, başlayırlar kəbinim var. Kəbin heç bir əhəmiyyət daşımır. Nə kəbinim, nə də nikahım var. Tənha anayam. Həyatda bir anam, bir övladım, bir də özüm idim. Anamı itirəndən sonra gördüm ki, tək övlad olmaq çətindir".
Bizim.Media xəbər verir ki, bu sözləri qalmaqallı prodüser Təranə Səmədova rejissor Nail Naiboğlunun "YouTube"da yayımlanan "Stop" verilişində deyib.
Hamilə olan T.Səmədova dünyaya gələcək övladının atasının kimliyi ilə bağlı suala belə cavab verib:
"Anamın ilini verdikdən sonra uşaq istəyirdim. Amma gələn təklifdən imtina etmək istəmədim. Təklif qüvvədən düşə bilərdi. Əslində iki oğul, bir qız olsun istəyirdim. Mədəkiçiltmə əməliyyatı keçirdiyim üçün söylədilər ki, iki uşaq alınmır.
Mayalanmada isə oğlan yox, qız tutdu. Əsas odur ki, Suelim tək olmayacaq, bilmək olmaz ömrüm hara qədərdir".
Qeyd edək ki, Təranə Səmədovanın hamiləliyi ilk dəfə "Təsir dairəsi" ictimai-sosial verilişdə aparıcı Lalə Azərtaş tərəfindən üzə çıxarılıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:30 / 21.05.2022
Hamilə Təranədən ETİRAF: "Nə nikahım, nə də kəbinim var" - VİDEO
Hazırda oxunan: Hamilə Təranədən ETİRAF: "Nə nikahım, nə də kəbinim var" - VİDEO
Hazırda oxunan: Hamilə Təranədən ETİRAF: "Nə nikahım, nə də kəbinim var" - VİDEO
75472
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.