“Bu gün oyananda sarı qəzet və publik səhifələrin yaydığı bir xəbərdən çaşıb qaldım. Guya mənim Azərbaycan və Ermənistan xalqları arasındakı münaqişə haqda siyasi fikirlərimə görə Bakıdakı konsertimin ləğv edilməsi haqda xəbərdən. Bu, məni şoka saldı!”.
Bizim.Media xəbər verir ki, rusiyalı müğənni Lyubov Uspenskaya Bakı konsertinin ləğv olunmasına “Instagram” səhifəsində münasibət bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanı təhqir edən Lyubov Uspenskayanın Bakıda konserti ləğv edildi - FOTO/VİDEO
Ermənipərəstlikdə ittiham olunan müğənni bütün Qafqaz xalqlarını sevdiyini bildirib:
“Axı insanlar məni nədəsə ittiham etmək, münaqişəyə qatmaq istəyir. Məni – sülhsevər və xeyirhah insanı. Başa düşürəm ki, bunu üç il əvvəlki feyk xəbər əsasında şişirdiblər, amma hansı məqsədlə? Məni – bütün Qafqaz xalqlarını sevən, onların dilində ifa edən (o cümlədən Azərbaycan dilində “Ağ çiçəyim”), Azərbaycan artistləri ilə eyni səhnədə çıxış edən insanı. Mən həm Azərbaycanı, həm də bir müddət yaşadığım Ermənistanı sevirəm”.
"İstənilən siyasi münaqişəyə, aqressiyaya, müharibəyə və s. qarşıyam. Və mənim həmişə bütün bu hadisələrdən ürəyim parçalanır. Və bütün bunlardan sonra məni hansısa uydurulmuş “mənim” mövqeyimə görə ittiham etmək? Mənim mövqeyim birdir – mən sülh tərəfdarıyam!" - deyə ifaçı vurğulayıb.
Uspenskaya sözlərinə belə yekun vurub:
“Nəticə: bir neçə saat əvvəl konsert yayılan xəbərlərə görə həqiqətən ləğv olundu. Ümid edirəm, siz məni düzgün anlayacaqsınız və sözləri konstekstdən çıxarmayacaqsınız. Bu, mənim cavabım və rəsmi açıqlamam idi. Bundan başqa şərh vermək istəmirəm və verməyəcəyəm. Sizin Lyuba”.
Bizim.Media