"İlk dəfə uzaqlaşdırıldığımda çox üzülmüşdüm. Bu dəfə hədəflərimə çatacağımı düşünsəm də, ancaq ayağımdakı problemə görə vida etmək məcburiyyətində qaldım. Çünki performansıma çox mane olurdu”.
Bizim.Media xəbər verir ki, bu sözləri Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev "All Star Survivor" yarışmasına vida etməsi ilə bağlı yazdığı postda deyib.
“Çətin "Survivor" ərəfəsində yaxşı dostlar qazandım. Bir-birimizə dəstək olduq. Bacardığım qədər sevənlərimi qürurlandırmaq istədim. Bacardığıma inanıram. Bunun qiymətləndirilməsi isə sizin ixtiyarınızdadır. Məni bu ərəfədə dəstəkləyən hər kəsə təşəkkür edirəm" - deyə, idmançı bildirib.
Qeyd edək ki, P.Abdullayev Dominikanda baş tutan yarışmaya ehtiyatda olan iştirakçı kimi qatılmışdı.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
18:11 / 19.05.2022
Pərviz Abdullayev "Survivor"a vida etdi - FOTO
Hazırda oxunan: Pərviz Abdullayev "Survivor"a vida etdi - FOTO
Hazırda oxunan: Pərviz Abdullayev "Survivor"a vida etdi - FOTO
75246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.