“Əməliyyat olunan xanım həmkarlarıma deyirəm ki, onsuz da gözəlsiniz, nə ehtiyac var ki? Bu günə kimi plastik əməliyyat etdirməmişəm. And içə də bilərəm”.
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Xalq artisti Gülyaz Məmmədova deyib.
Sənətçi həmkarlarından fərqli olaraq, plastik əməliyyat keçirmədiyini söyləyib. “Əməliyyat etdirsəm, açıq-aşkar deyərəm. Mənə deyirlər ki, burnunu əməliyyat etdir. Amma istəmirəm. Çəkinirəm ki, əməliyyat etdirsəm, səsimə təsir edə bilər”.
“Xalq artistinin qapısında nə zaman vağzalı səsini eşidəcəyik?” sualına isə Gülyaz tarzən oğlu Ramazanın hələ ki subay gəzdiyi cavabını verib:
“Bu, ən böyük arzumdur. Toy olsa, hamı biləcək. Sadəcə, oğlum icazə vermir, bu barədə danışmağa. Deyir ki, ana hələ heç nə yoxdur, niyə danışırsan? İstəyirəm ki, gəlinim ağıllı-kamallı olsun. Həmkarlarımdan fərqli olaraq, toy olsa mediaya qapalı deyil, açıq olacaq”.
G.Məmmədova oğlunun işindən də söz açıb: “Oğlum işləyir. Tar dərsləri keçir. Amma planlarını dəyişmək fikri var. İstəyir ki, sənət sahəsində işini daha da gücləndirsin”.
Bir sıra sənət nümayəndələrinin “Oğluma incəsənətdən qız almaram” fikirlərinə isə G.Məmmədova etiraz edib:
“Sənətin nə günahı var? İnsanın içi, qəlbi doğru yolda olsun. Hər bir sənət gözəldir. Bəzi insanlar söyləyirlər ki, oğluma müğənni qız almaram. Bunlar boş söhbətlərdir. Bu sənətin içindəyəm və daha gözəl bilirəm ki, nəyi necə etmək lazımdır? Əsas sevgi, dürüstlük olsun”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:56 / 19.05.2022
Gülyaz Məmmədova: “İstəyirəm ki, gəlinim ağıllı-kamallı olsun”
Hazırda oxunan: Gülyaz Məmmədova: “İstəyirəm ki, gəlinim ağıllı-kamallı olsun”
Hazırda oxunan: Gülyaz Məmmədova: “İstəyirəm ki, gəlinim ağıllı-kamallı olsun”
75152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.