"1974-cü ildə adım-sanım yox idi. Həyat yoldaşımın ailəsi isə Lənkəranda ən varlı ailələrdən idi. O zamanlar toylarda nağara çalırdım. Qızın ailəsi dedi ki, biz nağara çalana qız vermərik. Qız ali savadlı idi. Tibb Universitetinə qəbul olmuşdu. Dedilər ki, "sən kim, biz kim". Hətta məni qızın qohumları döyüb, əzişdirdilər".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Cavad Rəcəbov qonaq olduğu "7 canlı" axşam şousunda deyib.
O bildirib ki, həyat yoldaşının ailəsi sənətçi ilə evlənməyə qarşı çıxdığından, onlar intihar etmək qərarına gəliblər:
"Qız ailəsinə dedi ki, əlim Cavadın əlinə deyib, başqasına ərə getməyəcəyəm. Görəndə ki, ailəsi bizim evlənməyimizə qarşıdır, özümüzü öldürmək qərarına gəldik. Hətta öldürmək gününü belə təyin etmişdik. Ailə də bundan xəbərdar oldu. Bu xəbəri isə dostum onlara verdi. Qızın ailəsi gördü ki, bizi ayıra bilmirlər, evlənməyimizə razılıq verdilər. Ondan sonra mən məşhurlaşdım, efirlərə çıxdım, hamı məni tanıdı".
Rəşad Əliyev, Bizim.Media