Azər Axşamdan TV rəhbərlərinə SƏRT TƏNQİD: "Aparıcıya kimdənsə qorxduğuna görə meydan sulamağa imkan verilir" 

Hazırda oxunan: Azər Axşamdan TV rəhbərlərinə SƏRT TƏNQİD: "Aparıcıya kimdənsə qorxduğuna görə meydan sulamağa imkan verilir" 

74935

“Heç vaxt efirdən istifadə etmədim”.  

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı və aktyor Azər Axşam qonaq olduğu “Üzə-düz” portret verilişində deyib.  

Sənətçi telekanal rəhbərlərini hansısa bir verilişin aparıcılığını sponsor tapana verildiyini bildirərək, sərt şəkildə tənqid edib: 

“Çünki efir mənim atamın şirkəti, firması deyil. Əfsuslar olsun ki, bu gün bir çox teleaparıcılar efirlərinə o cür baxırlar, verililişlərinə də həmçinin. Sanki proqram onunla birgə doğulub. Günah onlarda deyil ki?”. 

Televiziya rəhbərliyində səhv var ki, aparıcıya səviyyəsinə, bacarığına, biliyinə görə deyil,  kimdənsə qorxduğuna görə, meydan sulamağa imkan verir. Həmin aparıcı da özünü elə aparır ki, burda mənəm, Bağdadda kor xəlifə.
Onlara gözün üstündə qaşın var deyən də yoxdur, istədiyini də ala bilir. Hətta istəmədiyini də işdən çıxara bilir, at oynadır. Sən bir aparıcıya deyirsən ki, gəl kanalımda işlə, 800 manat alacaqsan. Aparıcı da deyir ki, o pulla dolana bilmirəm. Bilir ki, axı o biri həmkarı 3000 alır. Deyəndə də, intriqalar yaranır. Ver o pulu, amma məndən kəsib vermə”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin