Elza Seyidcahanın efirdə tamaşaçıyla QALMAQALI – “Azərbaycanın yaşıl ağacıyam, daraşmısınız milçək kimi…”

Hazırda oxunan: Elza Seyidcahanın efirdə tamaşaçıyla QALMAQALI – “Azərbaycanın yaşıl ağacıyam, daraşmısınız milçək kimi…”

74742

"Səni axtarıram" verilişində Əməkdar artist Elza Seyidcahanla tamaşaçı arasında qalmaqal yaşanıb.  

Bizim Media xəbər verir ki, buna səbəb sənətçinin proqrama üz tutaraq borc pul istəməsi olub.

Tamaşaçı xanımın Elzanın bu addımını tənqid edərək, "Burada məqsədimiz xəstələrə yardım etməkdir. Çıxıb deyirsiniz mahnımı filan qiymətə satdım, Nə edirsiz həmin pulları?" sözlərini dilə gətirib.

Qarşı tərəfin sözlərindən hiddətlənən Elza "Daraşmısınız bizə milçək kimi, siz istəyə bilərsiniz, biz yox.

Siz istəyə bilərsiniz, Elza Seyidcahan yox? Səndən çox çalışıram xalq üçün. Canımızı veririk xalq üçün. Bəstələri satıb konsertlər veririk. Lap qaytarmayacam pulu, sən kimsən. Öz dərdinə qal. Mən opera yazan adam gəlmişəm, problemdən qurtulum, sonra da sənətimə davam edim.

Bunlar məni başa düşməz. Onlar öz qarınlarını güdürlər. Amma Elza elə birisi deyil. Mən Azərbaycanın yaşıl ağacıyam. Mənim kimi bir yaşıl ağacı bu günə salırlarsa, vay quru ağacların halına. Bura çıxmağıma görə utanmıram, əksinə fəxr edirəm" sözlərini söyləyib.

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev və qardaşı Faiq Azayevə icarəyə verib.

Lakin onlar icarə üçün müqavilə imzalamaqdan boyun qaçırıblar. Bir müddətdən sonra Əməkdar artist sözügedən obyekti geri almaq istəsə də, qarşı tərəf onları təhdid edib. Onlar həmin məkanın özlərinə aid olduğunu iddia ediblər.

Ali məhkəmənin qərarı ilə öz mülkünə sahiblənmək üçün 65 min manat ödəməli olan sənətçi acınacaqlı vəziyyətdə olduğunu söyləyib. Yaşadığı mənzili banka girov qoyaraq kredit götürə bilməməsi, onu daha da çətin vəziyyətə salıb. 
Bundan sonra E.Seyidcahan bir sıra verilişlərə qatılaraq, ona xalq tərəfindən köməklik göstərilməsini xahiş edib.  

Rəşad Əliyev Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin