“Mən cinayətkar deyiləm. Demokratik bir ölkədə kimlərsə əleyhimə quraşdırma işlər görür. Bu yaxınlarda dövlət başçımıza mənim məsələmlə bağlı müraciət ünvanlayacağam. Keçirilən məhkəmələr isə sifarişlidir. Əlimdə kifayət qədər sübutlar və dəlillər var”.
Bizim.Media xəbər verir ki, bu sözləri Vətəni tərk edib, Moskvaya gedən müğənni Afət Fərmanqızı deyib.
Sosial şəbəkə hesabında canlı yayım açan hamilə müğənni ətrafında baş verən qalmaqallı məhkəmə işindən danışıb.
MÖVZU İLƏ BAĞLI:
Axtarışda olan Afət Fərmanqızı: “Bir ərizəmlə açaram sandığı tökərəm pambığı”
“Qeydiyyatım olan ünvandan məhkəməyə kağız göndərdim ki, bu ünvandayam. Həkimin də kağızını məhkəməyə yolladım. Vəkilim vəsatət qaldırmaq istədi ki, iş ekspertizaya getsin. Ekspertiza isə qərar versin ki, mənim danışıqlarımda Flora Kərimovanın adı çəkilmirsə, bunu Flora öz üzərinə necə götürə bilir. Məhkəmə mənim vəkilimin danışığına məhəl qoymur. Qarşı tərəf deyir ki, Afət axtarışa verilsin və onların söylədiyini edir. Vəkilim mənimlə əlaqə saxlayıb, dedi ki bu açıq-aşkar qurulma işdir. Bu məsələdə qanun pozuntuları çoxdur. Vəkilim məhkəməyə sənəd təqdim etdi. Amma o sənədi heçə saydılar”.
Xalq artisti Flora Kərimova ilə məhkəməlik olan sənətçi ona arxa-dayaq olan iş xanımını ifşa edib.
“Bir-iki gündən sonra bu məsələdə əli olan şəxsləri faktlarla ifşa edib, adlarını açıqlayacağam. Üç ildən sonra məhkəmə məsələsini gündəmə gətirən isə iş qadınıdır. Faktlarım var. O iş qadınının təşkil etdiyi konsert proqramında həmin məhkəmə sədrinin oturub ona əl çalması və digər faktlar video şəklində mənə göndərilib. Mən bütün bu materialları ölkə rəhbərliyinə təqdim edəcəyəm. Ölkədə bu cür formada insanların haqqı tapdalanır.
Belə çıxır ki, kimin güclü adamı varsa, adam tapa bilməyənin haqqına girirlər. Belə olan təqdirdə isə sosial məsələlər insanları narazı salır. Mən mahnı oxumuşam, mənə isə “qadının mənliyi olar” deyilib. Mən isə “mənliksiz” deyənin, var-yoxudur “mənliksiz”. Bu kimi şeylər. Əgər sənin böyük “krışan” varsa, o demək deyil ki, sən insanları tapdalamalısan.
“Dəvədən də böyük fil var”. Hamı tezliklə mənim dürüst olduğumu biləcək. Mənimlə şəxsi qərəzliyi olan, özünü iş xanımı adlandıranı və onun Xalq artistinə dayaq durmasını faktlarla ifşa edəcəyəm.
Özünə iş xanımı deyənin əlinin altında çox sayda saytlar var. İşsiz və savadı olmayan şəxsləri də yanına işə götürüb özünə güc yığıb. Şou-biznesdən də, sosial şəbəkələrdən də, digər sahələrdən özünə güc yığıb. Birinə bir brilliant, birinə də hədiyyə göndərir, özünə çoxlu ətraf yığıb. Mənim gücüm onun gücü qədər deyil. Mən tək, onlar çox. Mən dövlətdən özümə kömək istəyirəm”.
Rəşad Əliyev, Bizim.Media