Səidə Sevil-Sevinc bacıları və Elzanı "qatdı qabağına": "Sünidirlər, yazıq isə onun özününkülərdir" – VİDEO

Hazırda oxunan: Səidə Sevil-Sevinc bacıları və Elzanı "qatdı qabağına": "Sünidirlər, yazıq isə onun özününkülərdir" – VİDEO

74485

"Sevil-Sevincin hansı müsiqisindən danışım ki?! Söhbət əsl musiqidən gedir".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Şourum" maqazin verilişinə müsahibəsində deyib.

Sənətçi həmkarları Sevil-Sevinc Səfərova bacıları ilə üz-üzə gəlib, onları sünilikdə ittiham edib.

"Mən sünili sevmirəm. İndi çıxıb başlayacaqlar danışmağa. Onların süni olduğunu mən çox gözəl bilirəm. O sünilik mənə çatmır və məni sıxır".
Daha sonra S.Sultan həftələrdir aralarında qalmaqal yaşanan Əməkdar artist Elza Seyidcahana sərt mesajlar ünvanlayıb. Elzanın həftələr əvvəl Səidəni gündəmə musiqiləri ilə deyil, soyunmağı ilə gəldiyini və onu yazıq adlandırmasına qarşı tərəfdən sərt təpki gəlib.

Sultan Seyidcahanın bostanını sözləri ilə daş-qalaq edib.

"Yazıq onun özününkülərdir. Mənə yazıq sözünü yaraşdırmasın. Əlim, ayağım yerində, şikəst deyiləm. Mən niyə yazıq olum ki? Yazıq sözünü Elza özününkülərinə yaraşdırsın".

Rəşad Əliyev, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin