Hindistanın məşhur aktrisası Priyanka Çopra və həyat yoldaşı Nik Conas ilk dəfə doğulan Malti Mari adlı qızlarının fotosunu sosial şəbəkədə paylaşıblar.
Bizim.Media xəbər verir ki, cütlük qız övladının üç aydan çox neonatal reanimasiya şöbəsində yatdığını qeyd edib.
“Hər ailənin səyahəti unikaldır və müəyyən dərəcədə iman tələb edir. Çətin aylardan keçdik, amma geriyə baxanda hər anın nə qədər qiymətli olduğunu anlayırıq. İndi körpəmizin evdə olması bizi sevindirir”, - deyə Çopra yazıb.
Musiqiçi və aktrisa Los-Ancelesdə qızına qulluq edən bütün həkimlərə, tibb bacılarına və digər xəstəxana işçilərinə təşəkkür edib.
Malti Mari həm Nik, həm də Priyanka üçün doğulan ilk uşaqdır. Cütlük surroqat ananın xidmətindən istifadə edərək valideyn olub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:44 / 13.05.2022
Priyanka Çopra ilə Nik Conasın qızı 3 ay küvəzdə qaldı - FOTO
Hazırda oxunan: Priyanka Çopra ilə Nik Conasın qızı 3 ay küvəzdə qaldı - FOTO
Hazırda oxunan: Priyanka Çopra ilə Nik Conasın qızı 3 ay küvəzdə qaldı - FOTO
74154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.