Mətanət Əsədova həyatındakı kişidən DANIŞDI: “Ölümünə sevirəm” - VİDEO

Hazırda oxunan: Mətanət Əsədova həyatındakı kişidən DANIŞDI: “Ölümünə sevirəm” - VİDEO

73982

“Elə bir günah etmişəm ki, düşünürəm ki, yaşadığım bütün bədbəxtliklər məhz o günahıma görədir. Allahın mənə verdiyi paya zamanında qarşı çıxdım və övlad istəmədim. İndi isə çox peşmanam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “1 dəqiqə” axşam şousunda deyib.  

Sənətçi illər əvvəl ana olsa da, körpəsini itirdiyini və peşmançılıq çəkdiyini deyib. 

O, aparıcı Zaur Nəbioğlunun “Sevərəkdən ailə qurmuşdunuz?” sualına belə münasibət bildirib: 

“İndi də ana olmaq mənim üçün gec deyil. Sadəcə, inana bilmirəm. Qoy tək qalım. İçim-içimi yeyincə, özümü bu həyatda aldatmayım. Kiminsə məni aldatmasına da göz yuma bilmərəm. Niyə görə-görə özümü uçuruma atmalıyam? Belə alındı...Hamının həyatında enişli-yoxuşlu yollar olur. Uşağın atası barəsində danışmaq istəmirəm. Alın yazısı idi, alınmadı. İstər həyatda, istər sevgidə, istərsə də atdığım addımlarda ağılla fikirləşmədim, ürəyimlə yanaşdım. Ürəyim isə mənim axırıma çıxdı”.  

Verilişin aparıcısının “Sevib ailə qurmuşdunuz?” sualına M.Əsədovanın cavabı belə olub: 

“Olan olub, keçən keçib 
İndi kövrəlməyin yeri yox 
Ömrüm boyu belə gəlib mənimki  
Əvvəlində bir vardı, biri yox”.  

Aparıcının sənətçiyə “Mətanət indi sevirmi?” sözlərinə müğənni “Sevmişəm. O bilir ki, onu ölümünə çox sevirəm. O da sevir,  amma artıq mən ona inanmıram” - deyib: 

“Bu sevgi mənim üçün bitməyib. “Ölümünə qədər sevirəm” sözünü başqa insana deyə bilmərəm. Qarşı tərəf imkan verməz ki, başqa kiməsə bu sözləri deyim. Əlaqəmiz indi də var”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin