“Səsim 2000-ci illərdə tam batmışdı. Kimdənsə nəsə istəyəndə əl çalıb çağırırdım. Boğazımda polip vardı”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu “Tam Vaxtıdır” gecə şousunda deyib.
Sənətçi 22 il əvvəl naşı bir həkim tərəfindən edilən cərrahi əməliyyat nəticəsində səsinin batdığını bildirib.
“Eksperimental xəstəxanasında Elman adında bir həkim vardı. Dedilər ki, o bir sıra müğənnilərin boğazında olan polipləri əməliyyat yolu ilə çıxardıb. Mən də əməliyyat olundum. Kəsəndə hiss elədim ki, nəsə dartıldı. “Porez” oldu. Təsəvvür edin ki, səs yoxdur. Bu başqa hissdir. Həkimə dedilər ki, bəs Elnarənin səsi açılmır. Cavab olaraq söylədi ki, biz onunla məşğul olmuruq.
Başqa Kamran adlı həkimin qəbuluna getdim. O söylədi ki, mən bilmirəm bu səs açılar, ya yox. Mən nə hallar yaşadım. Onu heç düşmənimə də arzu etmirəm. Dedi ki, 1 həftə müalicə edərsən, baxarıq. Müalicədən sonra həkim dedi ki, səsin açılacaq, amma nə zaman bunu bilmirəm.
Bir xeyli müalicə aldıqdan sonra səsim açıldı. Amma səsim bir başqa oldu. Daha da gözəl oldu. Amma oxuyan kimi yenə səs tellərim qanayırdı. Bütün həkimlərin Allah canını sağ eləsin. Yenə başqa bir həkimin yanına getdim. Moskvada toyu bir təhər oxuyub gəldim hava limanına. Danışanda gördüm ki, səsim batdı. Yenə içəridə nəsə partladığını hiss elədim.
Təsəvvür edin ki, o damar partlayanda mən nələr çəkdim. Hər o əziyyəti çəkəndə mənim səs tellərimi o günə qoyan həkimə lənət oxudum. Bilmirdin, niyə əl vururdun. Toydayam səs yoxdur. Bu nə deməkdir? Amma hər bir möcüzəni yaradan Allahdır”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:30 / 12.05.2022
Elnarə Abdullayevanın əməliyyatdan sonra SƏSİ BATDI – “Həkimə lənət oxudum”
Hazırda oxunan: Elnarə Abdullayevanın əməliyyatdan sonra SƏSİ BATDI – “Həkimə lənət oxudum”
Hazırda oxunan: Elnarə Abdullayevanın əməliyyatdan sonra SƏSİ BATDI – “Həkimə lənət oxudum”
73932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.