Əməkdar incəsənət xadimi, aşıq Zülfiyyə İbadovanın ifaçı oğlu Babək yolda başlarına gələn hadisədən danışaraq, müzakirələrə yol açıb.
Bizim.Media xəbər verir ki, anası ilə “Səhər mərkəzi” verilişində qonaq olan ifaçı, dostu ilə birgə içkili halda sükan arxasına əyləşdiklərini və polis tərəfindən saxlandıqlarını açıqlayıb.
“Yeyib-içdik, evə qayıdanda bizi YPX-nin işçiləri saxladı. Dostum sükan arxasında idi, mən isə onun yanında sağda əyləşmişdim. Əyilib, polisə söylədim ki, imkan daxilində bizi buraxın, yolumuza davam edək. Polis isə, bizə qanunu pozduğumuzu bildirdi.
Avtomobil alçaq idi. Polis bizi görməsi üçün, əyilməli idi avtomobilə sarı. Bu anda isə mən polis tərəfə boylanıb,
“Kəndin hər neymətdən, yenə var payı.
Qayanın kək otu, qayanın qar payı,
Yolunu gözlədiyim ay gözəl “Qayı”
Nə yaxşı görüşdük, nə yaxşı yenə...” - şeirini dedim.
Bu anda polis bizə tərəf baxıb, “Aşıq Zülfiyyənin oğlu Babək deyilsən sən?!” soruşdu.
Daha sonra canlı efirdə Babəkin mikrofonu səs rejissoru tərəfindən söndürülüb. Onun mövzu ilə bağlı söylədiyi fikirlərin ardı bəlli olmayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:00 / 11.05.2022
Aşıq Zülfiyyənin oğlunun canlı efirdə polislə bağlı bu söhbətini yarımçıq kəsdilər - VİDEO
Hazırda oxunan: Aşıq Zülfiyyənin oğlunun canlı efirdə polislə bağlı bu söhbətini yarımçıq kəsdilər - VİDEO
Hazırda oxunan: Aşıq Zülfiyyənin oğlunun canlı efirdə polislə bağlı bu söhbətini yarımçıq kəsdilər - VİDEO
73782
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.