"Avroviziya 2021" zamanı sevgi münasibəti yaşamağa başlayan müğənni Samirə Əfəndi ilə Norveç təmsilçisi "Tiks" ləqəbli Andreas Haukeland yarışmadan sonra ilk dəfə İtaliyada bir araya gəlib.
Bizim.Media xəbər verir ki, Əfəndi “Tiks”lə görüşünü sosial şəbəkə hesabında paylaşıb.
Yayımladığı görüntülərdə cütlüyün əl-ələ tutaraq Turində gəzintiyə çıxdığı əks olunub.
Qeyd edək ki, S.Əfəndi ötən il müsabiqə başa çatdıqdan sonra vaxt azlığından “Tiks”lə bərabərlikləri davam edə bilməmişdi. O daha sonra "Tiks”in Azərbaycana gəlmək istədiyini ancaq pandemiya şərtlərinə görə bunun mümkün olmadığını açıqlamışdı.
Rəşad Əliyev, Bizim.Media