Xərçəngdən ölən Xanım Qafarovanın qızı: “Anamın ölümünü məndən gizlətmişdilər" - VİDEO

Hazırda oxunan: Xərçəngdən ölən Xanım Qafarovanın qızı: “Anamın ölümünü məndən gizlətmişdilər" - VİDEO

73488

“Anamı qırıq-qırıq xatirələrlə xatırlayıram. Çox zaman işdə olduğundan onu az-az görürdüm. Gecədən-gecəyə görə bilirdim. İşdən evə dönəndə onun ayaqqablarını çıxartmağa kömək etmişəm. Ondan sonra da onsuz yuxuya gedib, yatmışam”.

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər “Space Maqazin” verilişində müsahibəsində deyib.

Anasının məzarını ziyarət edən Gövhər anasının ölüm xəbərini ondan gizlətdiklərini açıqlayıb.

“Anam dünyasını dəyişən zaman, atamın evində idim. Bir müddət anamın vəfat etdiyini məndən gizli saxladılar. Bu xəbəri isə bağçada öyrəndim. Yaşımın üstünə yaş gəldikcə ana itkisinin necə çətin olduğunu anlayıram. Heç kimə arzu etmərəm ki, başına bu cür hadisə gəlsin”.

Bir sıra seriallarda özünü aktrisa kimi sınayan Gövhər bu arzusunun arxasınca qaçdığını söyləsə də, lakin xalası və nənəsi bu istəyinə sədd çəkib.

“Xalam və nənəm mənə bu sənətin nə qədər çətin olduğunu başa saldılar. Onlar bu sənətdə olan insanların yaxşı ailəsi olmadığını söylədilər. Ailəsi olsa da belə, onlarla çox az zaman keçirə bilir”.

Qeyd edək ki, süd vəzi xərçəngindən 2009-ci ildən bəri əziyyət çəkən Xanım Qafarova 8 il əvvəl iyulun 11-də dünyasını dəyişib.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin