Rühəngiz Allahverdiyevanın səhhətində ciddi problemlər yarandı

Hazırda oxunan: Rühəngiz Allahverdiyevanın səhhətində ciddi problemlər yarandı

73474

Əməkdar artist Rühəngiz Allahverdiyevanın səhhətində ciddi problemlər yaranıb.  

Bizim.Media xəbər verir ki, qəza nəticəsində qolundan və çiynindən yaralanan sənətçi “Maqazin Plus” verilişində dərdinə çarə axtarmaq üçün həkimə müraciət edib.

Müğənni başına gələnləri belə nəql edib:

“İllər əvvəl qəza keçirtmişəm və qolum, çiynim əzilib. Müalicə aldım. Əlimlə hərəkət etməkdə iki il əziyyət çəkdim. Müəyyən müddətdən sonra ağrılarım azaldı. Bu yaxınlarda isə qolumu yenidən əzdim. Bu səbəbdən barmaqlarımı açıb-bağlamağımda problemlər yaranıb. Bu ağrılar mənim yatmağıma da manə olur. Qolum çox ağrıyır”.  

Qeyd edək ki, sənətçi bir neçə həftə əvvəl Bizim Media-nın əməkdaşı ilə söhbətində tezliklə üzündə plastik əməliyyat keçirəcəyini açıqlamışdı. O, üzünə kök hüceyrə vurduracağını bildirmişdi.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin