“Pulsuz heç bir sənətçiyə makyaj etmirəm, etməyəcəyəm də”.
Bizim.Media xəbər verir ki, bu sözləri dünyaca məşhur stilist Anar Ağakişiyev “MTV Maqazin” verilişinə müsahibəsində deyib.
Anar şou əhlinə səslənərək, onlara yalnız pul müqabilində “bəzək-düzək” verəcəyini açıqlayıb.
“Şanım-şöhrətim səndən qat-qat artıqdır. Sənin mənim yanıma gəlməyin reklamdır. Müştərilər kimi sən də gələcəksən, pulunu ödəyib, makyaj olunacaqsan”.
Fotoşop proqramları ilə bir çox məşhurların fotolarda gözəlləşməsini Ağakişiyev qəbul etməyib, onların bu addımlarına rişxənd edib:
“İndi hamı fotolarını “face app” proqramı ilə gözəlləşdirir. Hamı məşhur uzun, qara saçlı aparıcıya (red. “Günün sədası” səhər şousunun aparıcısı Nanə Ağamalıyeva) və sarı saçlı Xalq artisti fəxri adı olan aktrisaya (red. Azərbaycan Dövlət Dram Teatrının aktrisası Mələykə Əsədova) bənzəyir. Hamı bu proqramla özlərini onlara bənzədir. Nə oldu? Güzgüyə baxanda görmürsən ki, bir gözün açılmır, yanaqların isə qırışlanıb. Bunu qəbul elə də”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:05 / 09.05.2022
Anardan şou əhlinin “fotoşop sevdası”na REAKSİYA: “Bir gözü açılmır, yanaqları isə qırışlanıb” - VİDEO
Hazırda oxunan: Anardan şou əhlinin “fotoşop sevdası”na REAKSİYA: “Bir gözü açılmır, yanaqları isə qırışlanıb” - VİDEO
Hazırda oxunan: Anardan şou əhlinin “fotoşop sevdası”na REAKSİYA: “Bir gözü açılmır, yanaqları isə qırışlanıb” - VİDEO
73427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.