Pərvin Abıyevanın 48.000 manatlıq zinət əşyaları - VİDEO

Hazırda oxunan: Pərvin Abıyevanın 48.000 manatlıq zinət əşyaları - VİDEO

73339

"Mənə ad günümdə hədiyyə olunan üzüyümün qiyməti 13.000 avro (təxminən 23.253 manat), özümə aldığım saatın qiyməti isə 12.000 dollardır (təxminən 20.400 manat), "Bvlgari" markasına məxsus boyunbağımın dəyəri isə 3000 dollardır (təxminən 5100 manat). Əynimdəki şalvar 100 manat, "top" karset isə 40 manatdır".

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Şourum" maqazin verilişinə müsahibəsində deyib.

Bahalı zinət əşyaları və aksessuarları ilə öyünən aktrisa haqqında çıxan plastik əməliyyat xəbərlərinə də münasibət bildirib:

"Deyirlər ki, Pərvin qaşını dartdırıb, amma qaşım yerindədir. Bədənim liposaksiyalı deyil. Üzümdə də başqa bir əməliyyat yoxdur. Bir tək burnumu əməliyyat etdirmişəm. Deyə bilmərəm ki, mən təbii gözələm. Üzümdə kiçik toxunuşlar var".

Qeyd edək ki, bir neçə gün əvvəl Pərvin Abıyeva sosial şəbəkə hesabında kök hüceyrə əməliyyatından görüntülər paylaşıb. Onu əməliyyat edən həkim cərrah aktrisanın üzünə və əllərinə kök hüceyrə əməliyyatını etdirdiyini bildirib.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin