"Qızıma dedim ki, "Atan tanınmış adamdır, yaxşısı budur ki, "Tik-Tok" səhifəni bağla". Cavab olaraq qızım söylədi ki, "Ata, burada nə ayıb bir şey var?! Bütün məşhurların uşaqları "Tik-Tok" işlədir". Amma yenə də qızıma icazə vermədim. Mən bütün bunlara həssaslıqla yanaşıram".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist, aktyor Əkbər Əlizadə "MTV maqazin"ə müsahibəsində deyib.
Qızı ilə dost olduğunu söyləyən aktyor, "Qızını döyməyən, dizini döyər" prinsipinə əməl etdiyini vurğulayıb.
"Bəli, ona telefon alıb vermişəm ki, əlaqə saxlayım. Qızımla dost kimiyəm. Lazım gələndə ona əsəbiləşirəm, səsimi ucaldıram, gözlərimi bərəldirəm. Mənim işlərim nə qədər çox olsa da, qızımı nəzarətsiz qoymuram".
Rəşad Əliyev, Bizim.Media