Türkiyəli məşhur aparıcı Mehmet Əli Ərbilin səhhəti yaxşılığa doğru irəliləyir.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, uzun müddətdir əl arabasından istifadə edən aparıcı ayağa qalxıb. O, keçdiyi müalicələrdən sonra yeriməyə başlayıb.
Bu barədə müğənni Evcan Avşar sosial şəbəkədə məlumat verib. O, Ərbillə çəkilən fotolarını “İnstagram” da yayımlayıb.
“Onu ziyarət etdim, müalicəsi çox yaxşı davam edir. Artıq heç kimin köməyi olmadan evdə yeriyə bilir”,- deyə qeyd edib.
Qeyd edək ki, Qaçış sindromundan əziyyət çəkən şoumen 2019-cu ildə evinin hamamında yıxılaraq zədələnib.
O, təxminən 8 ay xəstəxanada müalicə alıb. Daha sonra o, bir neçə dəfə xəstəxanalıq olub.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
19:11 / 03.01.2021
Mehmet Əli Ərbildən şad xəbər - FOTOLAR
Hazırda oxunan: Mehmet Əli Ərbildən şad xəbər - FOTOLAR
Hazırda oxunan: Mehmet Əli Ərbildən şad xəbər - FOTOLAR
7282
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.