Yubiley konsertlərindən sonra Rusiyanın Xalq artisti Filipp Kirkorova cinayət işi açıla bilər.
Bizim.Media xəbər verir ki, "Tsarqrad" cəmiyyətinin insan haqları mərkəzi müğənninin cəzalandırılması tələbi ilə prokurorluğa müraciət edib.
Buna səbəb isə, sənətçinin konsertində yer alan böyük xaç dekorunun üstünə çıxaraq, şou göstərməsi olub. Bu hadisə isə rusların əsas dini bayramlarından sayılan "Pasxa" həftəsində baş verib.
Dindarlar burada öz hisslərinin pis niyyətlə təhqir olunduğundan şübhələnir, Filipə və “55” şousunun təşkilatçılarına qarşı cinayət işi açılmasını xahiş edirlər.
Başı qalmaqallardan və söz-söhbətlərdən açılmayan Filipp Kirkorov hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
20:38 / 04.05.2022
Filipp Kirkorova cinayət işi açıla bilər - DİNDARLARDAN PROKURORLUĞA MÜRACİƏT - VİDEO
Hazırda oxunan: Filipp Kirkorova cinayət işi açıla bilər - DİNDARLARDAN PROKURORLUĞA MÜRACİƏT - VİDEO
Hazırda oxunan: Filipp Kirkorova cinayət işi açıla bilər - DİNDARLARDAN PROKURORLUĞA MÜRACİƏT - VİDEO
72781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.