Bakıda "Location" gecə klubdakı partlayış nəticəsində ciddi yanıq xəsarətləri alan bloger Aysel Şükürova paylaşımı ürək dağlayıb.
Bizim.Media xəbər verir ki, Aysel uzanıqlı vəziyyətdə ayaqlarındaki olan dəhşətli yanıq xəsarətlərini telefonunun kamerasına həkk edərək, sosial şəbəkə hesabında yayımlayıb.
Daha əvvəl hər iki ayağından 4 dəfə əməliyyat olunduğunu bildirən Şükürova "Ayaqlarım, canım ağrayır. Nə etsəm də baş verənləri unuda bilmirəm, yadımdan çıxmır. Canımdan qorxu çıxmır. O günü unutmaq istəyirəm" sözlərini yazıb.
Xatırladaq ki, bir müddət əvvəl Aysel Şükürova açdığı canlı yayımların birində Türkiyəyə əməliyyata gedəcəyini açıqlamışdı.
Qeyd edək ki, aprelin 3-də baş vermiş hadisə nəticəsində 4 nəfər həyatını itirib (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova, klubda əylənənlərdən 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva, aşpaz, 2001-ci il təvəllüdlü Gülbala Abdullayev, ofisiant, 21 yaşlı Ayxan Fətullazadə), 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə də ziyan dəyib.
Rəşad Əliyev, Bizim.Media