Aysel Əlizadə necə bir bəylə ailə qurmaq istədiyini açıqladı - VİDEO

Hazırda oxunan: Aysel Əlizadə necə bir bəylə ailə qurmaq istədiyini açıqladı - VİDEO

72230

“Mən sevgisiz qala bilmərəm. Ailə mənim üçün də çox vacibdir. Əsas odur ki, insan ruh əkizini tapa bilsin”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə “MTV Maqazin” verilişinə müsahibəsində deyib.

Şəxsi həyatından söhbət açan müğənni yarını axtarmadığını, bu məsələni zamana buraxdığını dilə gətirib.

“Ailə qurmaq xatirinə evlənmək istəsəydim, bu iş çoxdan olardı. Sadəcə istəyirəm ki, “O, bu insandır” deyə biləcəyim biri ilə ailə qurum. Bu da qismətə bağlı məsələdir. Xanımlar ağ atlı şəhzadəsini gözləyir. Amma at gəlir, şahzadə yoxdur. Gözləmirəm, lakin axtarımıram. Zamanı gələndə o, özü qarşıma çıxacaq”.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin