“Səhv anlaşılma var. Siz videonun bir hissəsini görmüsünüz. Bəzi məqamlar kəsilib. Bir az kobud səslənsə də, bunu deyəcəm. Heç kəs cürət edə bilməz ki, məni nəyəsə məcbur etsin. Komandam rahatlığımı təmin edir, çox sağ olsun. Mənim müəyyən öhdəliklərim var. Şərtləri qəbul edərək müqavilə imzalamışam. Bilmədiyim, başa düşmədiyim bəzi nüanslar var ki, soruşuram”.
Bizim.Media xəbər verir ki, bu sözləri builki “Avroviziya” təmsilçimiz müğənni Nadir Rüstəmli bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə yayılan videosuna “İnstagram” hesabında açdığı canlı yayımda aydınlıq gətirib.
İfaçı baş verən hadisənin doğru anlaşılmadığını diqqətə çatdırıb və bu məsələyə belə şərh verib.
“Deyirlər ki, nümayəndə heyəti Nadiri sıxır. Mən səhv başa düşülürəm, elə görünür ki, narazıyam. Əslində belə deyil. Videoda işlədilən “Ceremi azərbaycanlı deyil”in mənası odur ki, yəni onların nümayəndə heyəti başqadır, bizim komanda ilə işləmir. Hətta onu restoranda əyləşməyə qoymurlar. Məndə isə rahatlıq verirlər. Bu yaxşı tərəfləridir”.
Qeyd edək ki, bir necə gün əvvəl sosial şəbəkədə yayılan görüntülərdə N.Rüstəmlinin nümayəndə heyətimizlə mübahisəsi yer almışdı. İfaçı builki Belçika təmsilçisi Ceremini misal çəkərək “Instagram” hesabını geri istədiyini dilə gətirmişdi.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:06 / 28.04.2022
Nadir qalmaqallı videosundan DANIŞDI: “Heç kəs buna cürət edə bilməz...”
Hazırda oxunan: Nadir qalmaqallı videosundan DANIŞDI: “Heç kəs buna cürət edə bilməz...”
Hazırda oxunan: Nadir qalmaqallı videosundan DANIŞDI: “Heç kəs buna cürət edə bilməz...”
71861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.