Sevil Sevincdən icazə istədi: “Olar yanaqlarımı botoks etdirim?” - VİDEO 

Hazırda oxunan: Sevil Sevincdən icazə istədi: “Olar yanaqlarımı botoks etdirim?” - VİDEO 

71701

“Əgər imkanın çatırsa, marka geyinə bilərsən. Mən onun saxtasını heç zaman geyinmərəm. Amma büdcən buna imkan vermirsə, o qədər ucuz “mass market” brendlər var ki… Oradan da hər büdcəyə uyğun geyimlər tapıb, alıb, geyinə bilər. Yəni məcbur deyilsən, markanın saxta variatını geyinməyə. Hərə öz büdcəsinə görə geyinməlidir”.  

Bizim.Media xəbər verir ki, bu sözləri şou-biznesin əkiz Sevil-Sevinc Səfərova bacıları “Söz-Baz” maqazin verilişinə müsahibələrində deyiblər.  

Sənətçilərin bəhsə-bəhsə girib, estetik prosedurlar və plastik əməliyyatlar keçirməsi məsələsi Səfərova bacılarından yan keçməyib. Onlar da “qonşudan qalma geri” prinsipinə əməl etdiklərini açıqlayıblar.  

“Sevincin üzü məndən daha həcmlidir. Bir dəfə ona dedim ki, üzüm arıqdır, olar gedim botoksla doldurum, səninki kimi olsun? Söylədi ki, get eletdir. Mən də gedib üzümə dolğu ilə həcm verdim. Amma həmin gündən 4 gün heç keçmədi, gedib dolğunu əritdim. Çünki mənə gel düşmür. Adətən, qaş qalxsın, havalı görünmək üçün botoks edirlər. Biz isə tam əksinə, botoksu qarşlarımızı endirmək üçün edirik. Bunu kimin yanında desək də, bizə gülürlər. Amma elədir”.    

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin