“Gülərin varlığı yaşamaq eşqi və həyata bağlılıq yaradır. Mən Gülərimin həyatı üçün yaşayıram (ağlayır)”.
Bizim.Media xəbər verir ki, bu sözləri 55-ci doğum gününü “Söhbət var” axşam şousunda qeyd edən Xalq artisti Mələykə Əsədova deyib.
Ad günündə proqram heyəti tərəfindən aktrisaya xoş sürpriz olunub. Onlar Əsədovanın “gözü, bəbəyi” yeganə qızı Güləri studiyaya dəvət ediblər.
Anasının qarşısına böyük gül dəstəsi ilə çıxan Gülər onu təbriki ilə göz yaşlarına boğub:
“Səni təbrik edirəm. Neçə belə illərə çıxasan. Səni çox sevirəm. Gələcəkdə, mənə baxıb fəxr edəsən. Bütün arzularının yerinə yetməsini istəyirəm. Universitetə qəbul olum, sevinclə mənə bax”.
Qızının bu sözlərindən kövrələrək, ağlayan M.Əsədova “Mənim üçün dünyada ən böyük hədiyyə sənin xoşbəxt olmağındır. Sənə arzuladığım həyatı yaşayasan. Xoşbəxt ol, qızım” deyə, hisslərini çatdırıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
21:20 / 25.04.2022
Məleykə Əsədova ad günündə kövrəldi: "Mən qızım üçün yaşayıram" - VİDEO
Hazırda oxunan: Məleykə Əsədova ad günündə kövrəldi: "Mən qızım üçün yaşayıram" - VİDEO
Hazırda oxunan: Məleykə Əsədova ad günündə kövrəldi: "Mən qızım üçün yaşayıram" - VİDEO
71388
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.