İlahə Fədadan həyatı ilə bağlı ACI ETİRAF: “Atam "pomadalı” qız görüb, eşqə düşüb”

Hazırda oxunan: İlahə Fədadan həyatı ilə bağlı ACI ETİRAF: “Atam "pomadalı” qız görüb, eşqə düşüb”

71387

“Həkim ailəsində böyümüşəm. Atam olmayıb. Atam etibarsız olub. O, məni dörd yaşımda atıb, gedib. Fədayə hələ anamın qucağında idi. Ərköyün övlad olmuşam. Bir qanadım sınıq. Atasız böyümək çox ağırdır. Anam 20 yaşında artıq iki qız övladı qucağında dul qalmış gəlin idi. Atam rəhmətə getdi. Bunu bütün el-oba bilir. Atam anamı sevib, qaçırdıb.

Universitetdə oxuyan “pomadalı” qız görüb, eşqə düşüb (gülür). Anam 11 il sonra yenidən ailə həyatı qurdu və iki qız övladı dünya gəldi. Biz 4 bacıyıq. Çox mehribanıq. Ağır və faciəvi həyatımız olub. Fədayə ilə əkiz deyilik. Amma onun başı ağrıyanda, mənim də başım ağrıyır. Bir-birimizi çox gözəl hiss edə bilirik”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İlahə Fəda qonaq olduğu “Sözbaz” maqazin verişində deyib.

Sənətçi bacısı Fədayə Laçının həbs olunduğu dönəmdə yalnız qaldığını və bir çox sənət yoldaşlarından belə dəstək görmədiyini söyləyib.

“Layiq olmadığım bir yerdəyəm. Günah özümdədir. Bəlkə də bunda da bir xeyir var. Tale belə imiş. Lalə Məmmədovadan, Ehtiram Hüseynov və Sahib İbrahimovdan başqa mənə dəstək olmadılar. Allahın bir quru zəngini belə etmədilər. Yəqin qorxdular. Hamının maskası üzə çıxdı”.
“Yaşama səbəbim anam Tərana xanımdır” deyən İ.Fəda müsahibəsini anasına olan sevgi etirafı ilə yekunlaşdırıb: “Yaxşı ki, anam sənsən və sənin qızınam. Səni çox istəyirəm”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin