"Həyat yoldaşımla 25 il qonşu olmuşuq. Bir-birimizə nifrət eləmişik. Zəhləmiz gedib bir-birimizdən".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Zaurla Günaydın" səhər şousunda qonaq olarkən deyib.
Həyat yoldaşı Təranə barədə danışan sənətçi illərlə bir-biri ilə düşmən münasibətdə olduğunu açıqlayıb.
"Mənim həyat yoldaşımın qardaşı ilə çox yaxşı dostluğumuz olub. Ailəvi çox yaxın olmuşuq. Həyat yoldaşımla isə bir-birimizə görəndə hətta yollarımızı belə dəyişirdik. İndi də biz xanımımın ailəsi ilə qonşuyuq. Bir-birimizdən xoşumuz gəlməyə-gəlməyə ailə qurduq və münasibətimiz alındı".
Qeyd edək ki, cütülüyün Yusif adlı oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media