Səmradan sevgilisinin geyim qadağasına REAKSİYA – “Mənə sərhəd qoya bilməz” 

Hazırda oxunan: Səmradan sevgilisinin geyim qadağasına REAKSİYA – “Mənə sərhəd qoya bilməz” 

70774

“Bir insan səni sevirsə, olduğun kimi qəbul edir. Sevməyəndə səni dəyişməyə çalışır. İçində əsl duyğuları yoxdursa, bunu edir”

Bizim.Media xəbər verir ki, bu sözləri “Avroviziya” təmsilçisi, müğənni Səmra Rəhimli “Səhər Mərkəzi” şousunda qonaq olarkən deyib.  

Verilişin aparıcısı Afaq Gəncəlinin “Sevdiyin şəxs “oxu, amma geyimini dəyiş” desə, necə reaksiya verərsən?” sualına Rəhimli belə cavab verib:

“Məni doğrudan tanıyan insan geyimimə qarışmaz. Həyatımda kişi olsa da, olmasa da, özümü apara bilirəm, həyatda artıq hərəkət etmirəm. O, mənə geyimdə sərhəd qoya bilməz. Fərqli tərzlərdə geyinirəm. Nə vaxtsa özüm istəyərəmsə, başqa cür geyinə bilərəm. Bu qərara özüm gələ bilərəm, kimsə mənə bunu desə, xətrimə dəyər”.  
Şounun digər aparıcısı Tural Əsədovun “Qaynanaya ana deyərsən?” sualını Səmra “Hər kəsin bir anası var. Hər kəs öz anasına “ana” deyə müraciət etsin”, deyərək cavablayıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin