Ötən gün dünya şöhrətli aktyor Conni Depp həmkarı, keçmiş həyat yoldaşı Ember Herdin böhtanla bağlı məhkəməsində ifadə verib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, aktyor keçmiş həyat yoldaşını adını təmizləmək öhdəliyini hiss etdiyi üçün məhkəməyə verdiyini deyib.
"Mənim məqsədim həqiqətdir" deyən Depp fikirlərini belə davam edib:
“Mən heç vaxt xanım Herdi vuracaq qədər irəli getməmişəm və həyatımda heç vaxt bir qadını vurmamışam”.
“Karib dənizinin quldurları”nın ulduzu Herdin açıq şəkildə onu sui-istifadəçi adlandırmasından sonra karyerasının pisə doğru getdiyini də diqqətə çatdırıb. Depp "Əvvəlcə sən Zoluşkasan, bir saniyə sonra isə Kvazimodo", “Mən buna layiq deyildim, uşaqlarım da” deyə məhkəmədə bildirib.
Bundan əlavə, Conni Herd ilə ailə həyatının təfərrüatlarını bölüşüb. Əvvəlcə hər şey "həqiqət ola bilməyəcək qədər yaxşı" idi.
Depp Emberin qəribə ritualının da olduğunu açıqlayıb. Hər axşam ayaqqabılarını çıxarıb ona bir qədəh şərab verirmiş. Bir dəfə Depp öz başına ayaqqabılarını çıxarıb, bu, az qala keçmiş xanımın isterik olmasına səbəb olub. Bundan sonra aktyor Emberin hərəkətlərində qəribəliklər gördüyünü bildirib.
Xatırladaq ki, qalmaqallı şəkildə boşanan aktyor Conni Depp ilə Ember Herd bir-birlərini qarşılıqlı olaraq məhkəməyə veriblər.
Əvvəlcə Depp böhtan ittihamı ilə 50 milyon təzminat tələb edib. Ember isə qarşılığında keçmiş ərinə 100 milyon dollarlıq təzminat davası açıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:51 / 20.04.2022
Depp məhkəmədə Herdə QARŞI – “Əvvəl sən Zoluşkasan, bir saniyə sonra Kvazimodo”
Hazırda oxunan: Depp məhkəmədə Herdə QARŞI – “Əvvəl sən Zoluşkasan, bir saniyə sonra Kvazimodo”
Hazırda oxunan: Depp məhkəmədə Herdə QARŞI – “Əvvəl sən Zoluşkasan, bir saniyə sonra Kvazimodo”
70528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.