“İl 2001 - yaşlarımız 21, bir-birimizə ilk salam verdiyimiz tarix. 2003-cü il, bu günlərin toxumunun səpildiyi il. 2009-cu il - münasibətlərimizin adını qoyduğumuz il. Həqiqətən biz bir-birimizi çox gözəl, məsəfəli, səviyyəli, hörmətli sevdik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkə hesabında yazıb.
Sənətçi həyat yoldaşı, türkiyəli iş adamı Ceyhun İzərlə toylarından lentə alınmış fotosunu paylaşaraq, ona olan sevgisinin dilə gətirib.
“Sevgi hekəyamizdən hələ də böyük bir ləzzətlə, təəccüblə bəhs edirik. Çoxları söylədilər ki, “bu iş olmaz”. Mənim üçün bu həyatda hər şey odur (həyat yoldaşını nəzərdə tutur – Red). Həyatınızda sevdiyiniz nə varsa, bilin ki, yan-yana gətirən var. O istəyirsə olur, yoxsa yarpaq belə tərpənməz. Mənim sevgim ömürlükdür. Allah nə istəsə, o olur. Bilin, istədim”
Qeyd edək ki, İ.İbrahimova 13 il əvvəl, 2009-cu ildə ailə həyatı qurub. İradə Ceyhun cütlüyünün İpək adlı qızı, Əli adlı oğlu var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:07 / 19.04.2022
İradədən həyat yoldaşına səviyyəli EŞQ ETİRAFI - FOTO
Hazırda oxunan: İradədən həyat yoldaşına səviyyəli EŞQ ETİRAFI - FOTO
Hazırda oxunan: İradədən həyat yoldaşına səviyyəli EŞQ ETİRAFI - FOTO
70363
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.