Xatundan düşmənlərinə ismarış: "O həzzi sizə yaşatmayacağam"

Hazırda oxunan: Xatundan düşmənlərinə ismarış: "O həzzi sizə yaşatmayacağam"

70254

“Ən pis günümdə həm maddi, həm də mənəvi olaraq, ayaq üstə qalmağıma və motivasiyaya görə tamaşaçıma minnətdaram. Bizi xalq dolandırır. Bir çox xanımlar mənə dar günümdə dəstək oldular. Amma düşmənlərim də çox oldu”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Birincisən” verilişində qonaq olan müğənni Xatun Əliyeva deyib.  

Sənətçi, şou əhli arasında olan düşmənlərinə  efir vasitəsi ilə sərt ismarış yollayıb.

“Məni səhv başa düşən də oldu. Bu çətin günümdə məndən uman insanlar da oldu. Şou-biznesdən məni barmaqla sayılacaq insanlar dəstəklədi. Bu gün əgər ayaqdayamsa buradan düşmənlərimə “çox sağ olun” deyirəm.

O həzzi sizə yaşatmayacağam. Düşmənlərim dedilər ki, “Xatun artıq yoxdur. Onu bir daha görməyəcəyik”. Yenə də sağ olsun, tamaşaçılarım və az dostlarım”.  
Qeyd edək ki, Xatun Əliyevanın stilist qardaşı Balaş ötən il beyin xərçəngindən dünyasını dəyişib. Onun iki övladı var.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin