Hüseyn həbs olunan şəxsin MÜDAFİƏSİNƏ QALXDI: “Onu incitməyə qoymayacağam” - VİDEO 

Hazırda oxunan: Hüseyn həbs olunan şəxsin MÜDAFİƏSİNƏ QALXDI: “Onu incitməyə qoymayacağam” - VİDEO 

70169

Xəbər verdiyimiz kimi, ötən gün Rusiyanın məşhur azərbaycanlı video blogeri Hüseyn Həsənovun Bakıda alış-veriş mərkəzlərinin birində pərəştişkarları ilə keçirdiyi “fan-görüş”ü ölkə gündəmini zəbt edib.

İzdihamlı görüşdə səhnəni quran şəxslərdən birinin əlində kəmər kimisə vurması görüntüləri yayılar-yayılmaz adiyyatı qurumları tərəfindən araşdırılmağa başlanıb.  

Bizim.Media xəbər verir ki, Hüseyn sosial şəbəkə hesabında görüşdən ticarət mərkəzinin yuxarı hissəsindən lentə alınan görüntüləri paylaşıb. Kadrlarda həmin şəxsin insanları deyil kəmərlə səhnənin döşəməsinə endirdiyi zərbələr öz əksini tapıb. Həsənov “Bu adamı incitməyə qoymayacağam. O yaxşı bir insandır”, deyə, şərh yazıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Bloger Hüseynlə görüşdə fanatları kəmərlə döyən şəxs HƏBS EDİLDİ


Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda pandemiya ilə əlaqədar tətbiq olunmuş qaydaların pozulması ilə müşaiyət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir nəfərin kəmər ilə səhnəyə vurması da əks olunur.  

Həmin şəxs müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil yalnız səhnəyə vurub.  

Buna baxmayaraq A.İbrahimov inzibati qaydada 15 sutka həbs olunub. Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək. 

Rəşad Əliyev, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin