Manaf Ağayev dostlarından DANIŞDI: "Onların yerinə çox utandım” - VİDEO 

Hazırda oxunan: Manaf Ağayev dostlarından DANIŞDI: "Onların yerinə çox utandım” - VİDEO 

70144

"Əvvəllər çox əsəbiləşirdim. Hökmən mən deyən kimi olmalıdır. Sonra bir anlıq fikirləşdim ki, mən niyə özümdən çıxıram? Hərə bir cürə yaşayır da bu həyatı. O mənəm də... O belə yaşayır həyatı, onum dostluğu budur. Anladım ki, hamını özüm kimi edə bilmərəm". 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Xəbər-ətər" səhər şousunda qonaq olarkən deyib.

Sənətçi əsl dostluğu özünəməxsus şəkildə izah edib: 

"Dostluğu başqa cürə edirəm. Dostluğu "ölümünə" qədər edirəm. Dostumun dar günündə mütləq yanında olmalıyam. Çörəyi yoxdursa, çörək, pulu yoxdursa, pul verməliyəm. Əziyyət çəkirsə, yanında olmalıyam". 
"Ağzı dostluqdan yanan" Ağayev bəzi dostlarından və dostluqlardan yanıldığını açıqlayıb.  

"Elə insanlar var ki, onlar dostluğa "barmaq arası" baxır. Onların yerinə çox utandım ki, axı biz süfrələr açmışıq, tonlarla çörək yemişik. Manaf mənim ağsaqqalımdır, Manaf mənim böyük qardaşımdır, Manafdan yoxdur.

Orada nə var idi ki? (red. həbs olunmasını) Hələ başqa bir şey olsa, sən mənim arxamca gələnsən, çörək verənsən? Bütün bu məsələləri görüb anladım ki, o mənəm. Beş barmağımız var, hərəsi də bir boyda, ölçüdədir. Hərə dostluğu bir cürə yaşayır. Sonra da incimədim. Başa düşdüm ki, səndə bir az özünə gəl". 
Qeyd edək ki, M.Ağayev fevralın 17-si bahalı avtomobillə xüsusi icazə olmadan işğaldan azad olunan Füzuli şəhərinə gedib. Həmin səfəri isə müğənni lentə alaraq sosial media hesabında paylaşıb. Daha sonra onların barələrində tərtib edilən protokollar məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Manaf Ağayevə 15 sutka həbs olunub.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin