"Mart çıxsa da, dərd çıxmadı. Efirlərdə gec-gec görünmək yaxşıdır. Hamıdan küsmüşəm".
Bizim.Media xəbər verir ki, bu sözləri efirlərdən ilim-ilim itən, məclislərin birində "Şourum"un kamarasına yaxalanan meyxanaçı Vüqar Əbdülov deyib.
"Bundan sonra müsahibə verməyəcəyəm. Efirlərdən küsmüşəm. Heç kimlə danışmıram".
Müxbirin "Sizdə bir sıra müğənnilər kimi efirlərə çıxmaq üçün pul istəyirsiz?" sualına "Yox" cavabını verən söz xiridarı fikirlərini belə izah edib.
"Yaradıcılıqdan başqa insanlara hər şey maraqlıdır. Sosial şəbəkələrdən uzaqlaşmışam. Belə yaxşıdır. Ötən günlərdə ad günüm oldu. Hansısa TV, hansısa radio bir dəqiqəlik süjet verdilər?!".
Rəşad Əliyev, Bizim.Media