"İllər əvvəl Qırğızıstanda keçirilən müsabiqəyə getmək üçün evimi banka girov qoydum".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Şourum" maqazin verilişinə müsahibəsində söyləyib.
Qırğızıstanda başına gələn hadisəni yada salan sənətçi heyifslənib. Vətənə qayıtmaq üçün Elza qızıllarını dəyər-dəyməzinə satmaq məcburiyyətində qaldığını açıqlayıb.
"O zaman Qırğızıstana olan təyyarə biletini çox baha qiymətə almışdım. Oradan Bakıya qayıtmaq istəyəndə başımıza iş gəldi. Üstümüzdə əlavə pul saxlamadıq. "Torpaq basdı" pulunu ödədik, gedib çıxışımızı edib, qalibiyyət qazandıq.
Sonra Bakıya geri dönmək üçün hava limanına gəldik. Dörd nəfər idik, üstümüzdə isə cəmi 10 dollar pulumuz vardı. Bizə orada söylədilər ki, "torpaq basdı" pulunu ödəməlisiz. Qolumda iki qızıl bilərzik, bir də müğənni Rəvan Habiloğlunun doğum günümdə hədiyyəsi olan qızıl sırğam vardı. Hava limanında qızıl satılan yer vardı. Ora yaxınlaşıb, qızıllarımı dəyər-dəyməzə satdım.
İki bilərziyi və sırğalarımı 40 dollara satmalı oldum. Təki bizə 40 dolları versinlər təyyarəyə minib, vətənə dönək. Bəlkə də indi o qızıllarımın 3000 dollar qiyməti var. Qızıllar çəki baxımından ağır idi".
Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan aylar əvvəl Qırğızıstan Bəstəkarlar İttifaqına üzv seçilib.
Rəşad Əliyev, Bizim.Media