Efirlərdən uzaqlaşan "Avroviziya" təmsilçimiz, müğənni Samir Cavadzadə özünə təmtəraqlı doğum günü partisi keçirib.
Bizim Media xəbər verir ki, müğənni həmkarlarını başına toplayaraq, 42 yaşını qeyd edib.
Sənətçinin ad günü məclisində efirlərə çıxmaq üçün 10.000 manat qonorar tələb edən müğənni Natavan Həbibi də iştirak edib.
Gecədə S.Cavadzadəni sənət dostları hədiyyə yağışına tutublar.
Qeyd edək ki, S.Cavadzadə pandemiya zamanı Rusiyaya köçüb. O, uzun müddət Moskva şəhərində qalıb, müxtəlif məkanlarda çıxış edib.
Rəşad Əliyev, Bizim.Media