Kərim od püskürdü: "Efirlərdə "qıjı" oxuyanlar, "həci" söhbətləri..." - VİDEO

Hazırda oxunan: Kərim od püskürdü: "Efirlərdə "qıjı" oxuyanlar, "həci" söhbətləri..." - VİDEO

70035

"Məni alan alıb aldanıb, satan satıb varlanıb. Yeyən də yeyib məni. Bu gündən sonra özümü mən kimə tanıtdıracağam?! Nəyimi tanıtdıracağam. Mahnıdır, ifa edib sosial şəbəkələrdə paylaşacağam".

Bizim Media xəbər verir ki, bu sözləri "MTV Maqazin" verilişinə müğənni Kərim Abbasov müsahibə verən zaman söyləyib. 

Sənətçi qatıldığı verilişlərin birində başına gələn xoşaqəlməz olayın üstünə işıq salıb.

"O gün efirə çıxmışam. Məni verilişə elə bir müğənnilərlə salıblar ki,... Gəldiyimə peşman oldum. Verilişin ortasından durub çıxıb getdim. Özümə də söz verdim ki, bundan sonra həmin verilişə getməyəcəyəm. Artıq 20 ildir ki, efirlərdəyəm. Çıxsam nə olacaq, çıxmasam nə ?! Hamı bir-birini sosial şəbəkədə izləyir".

"Bu dəqiqə efirlərə baxırsan, yalnız "qıjı" oxuyanlardır" deyən Kərim, efirlərə çağırılan bəzi  müğənnilərin sənətdən uzaq olduğunu açıqlayaraq, onları biabr edib.

"Əsl estradanı oxuyan, səviyyəli müğənnilər heç biri efirlərdə yoxdular. Hansı kanalı açırsan "rakada-çıkada" səslənir... Bəlli olmayan ritmlər və savadsız ifaçılar. Həmin müğənnilərdən pul alıb, efirlərə buraxırlar. Gözəl, estrada janrında ifa edən müğənnilər var. Bəs onlar axı niyə ortalıqda yoxdurlar?".

Həmkarlarının, xüsusi ilə qadın ifaçıların ifrat dərəcədə etdirdikləri plastik əməliyyatlarını başlarına qaxınc edib.

"Olmasın ombalarını və sinələrini böyüdənlər, "Həci" söhbətləri. Qurtarmadı bunlar ?! Bu nə zaman kimi belə davam edəcək ? Qurtarsın, vallah bezdik. O, onun "həci"sini alır, bu isə digərinin "həci"si verir. Biri deyir ki, həcim çəkəndir, biri deyir vurandır, biri də deyir yıxandır. Axı bu nə söhbətlərdir efirlərdə edirsiz? Bitirin bu söhbətləri, sənətinizi nümayiş edin. Qurtarın həci söhbətlərini. Artıq həci də istəmir ki, kimsə gəlib onu tapsın. Çünki onda da pul qurtarıb. Artıq heç kim həciliq etmək istəmir".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin