"Qızlar, yaraşanı edin. Kiçik çiyinə 8 dəfə böyük sinə lazım deyil. Kiçik belə omba elətdirməyin. Onsuz da onlar qalıcı bir şeylər deyil. Zaman keçdikdə gedir. Bir çox həmkarlarım bədən quruluşlarını mənə oxşatdılar. Buradan iki ismarış göndərirəm. Bir əməliyyat etdirən qızlara, bir də ki o əməliyyatları icra edən cərrahlara. Mənə potent verməlisiz".
Bizim.Media xəbər verir ki, bu sözləri Roza Zərgərli "MTV Maqazin" verilişinə verdiyi müsahibədə deyib.
Sənətçi ombasını böyüdən həmkarı Xatun Əliyevanın ehtiyac olmadan bu cür əməliyyat etdirməsini qınayıb.
"Xatunda hər şey normal idi. Bilirəm ki, o elətdirib. Amma əməliyyata ehtiyac yox idi. O, ombasını əməliyyat yolu ilə həddən artıq böyüdüb. Bədən şəkilləndirmə başqa bir şeydir. Məndə iki dəfə piy çıxartma, yəni liposaksiya etdirmişəm. Boğazdan aşağıdan dizimə qədər. Amma əlavə heç bir şey etdiməmişəm".
İllərdir Rozanı "ombasının həcmini böyüdüb, etiraf etmir" deyə, ittiham edənləri müğənni ellə bir edib:
"Mən qabırğa çıxartdırmamışam. Belim görürsüz necə incədir. Demək olar ki belim yoxdur. Ombama əlavə nələrsə qoydurmamışam. Bu sümükdür. Bu mənim anadangəlmə formamdır. Gedib 55.000 avro verib, ombamın sümüyünü yondurum?! Nə qədər mənim barəmdə danışmaq olar? KT-yə girib, sümüklərimin rentgen şəklini çəkib, göstərim?"
Zərgərli illər əvvəl keçirdiyi plastik əməliyyatlarından danışıb, xərclədiyi pulların miqdarını açıqlayıb.
"İki liposaksiya əməliyyatıma 31 dollar pul vermişəm. Sadə bir liposaksiya əməliyyatı mənə çox baha başa gəlib. Camaat gedib o pula ev alır. Göz qapaqlarımın üstündəki artıq ətləri əməliyyat yolu ilə götüzdürmüşəm".
Roza Zərgərli sinəsində olan qırmızı ləkə ilə bağlı səslənən xoşagəlməz ittihamlara da susmayıb. O, həmin ləkənin xal olduğu bildirib.
"20 ildir məndən soruşurlar ki, sinəndə olan o qızartı nədir? Bu xaldır. Bu "İmam nişanıdır". Əl çəkin bu söhbətlərdən. Siz fikirləşdiyiniz şey deyil. Özünüz düşünün ki, elə şey olsaydı, mən onu açıq yox, üstünü geyimlə bağlayardım"
Rəşad Əliyev, Bizim.Media