Damlanın oğurladığı mahnının müəllifindən ŞOK İTTİHAM: “Çıx ortaya, yoxsa...” - VİDEO  

Hazırda oxunan: Damlanın oğurladığı mahnının müəllifindən ŞOK İTTİHAM: “Çıx ortaya, yoxsa...” - VİDEO  

69810

“Damlanın “Bəs edər” adlı mahnısı mənə məxsusdur. Məndən icazə almadan, o mahnını niyə oxumusunuz? Həm Damlanın özü, həmdə meneceri Şamil ilə əlaqə yaratmağa çalışsam da, heç birindən hələ də cavab yoxdur”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiyada yaşayan həmyerlimiz, gənc musiqiçi Nurio sosial media hesabında videomesaj şəklində müraciətində deyib. 

Nurio bildirib ki, onun bəstələdiyi mahnını icazəsiz oxuduğunu görə, Damlanı məhkəməyə verəcək.  

“Moskvada yaşayıram. Bilet alıb, gəlirəm Bakıya. Bu mahnını hər yerdən sildirəcəyəm. Mahnımı oğurlamısınız. Mahnı mənə məxsusdur. Lazım gəlsə, sizi məhkəməyə verəcəyəm. Bu məsələni həll etməliyik. Üzə çıxın”  

Məsələ ilə bağlı Bizim Media-nın əməkdaşı Damla ilə əlaqə saxlayıb. Dəstəyi müğənninin meneceri Şamil qaldırıb. O, bir neçə dəqiqədən sonra Damlanın bu məsələ ilə bağlı mətbuata açıqlama verəcəyini söyləyib.  

Rəşad Əliyev, Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin