Yaşar Cəlilov bir daha EVLƏNMƏYƏCƏK – “Boşanacaqsan, malın-mülkün gedəcək” 

Hazırda oxunan: Yaşar Cəlilov bir daha EVLƏNMƏYƏCƏK – “Boşanacaqsan, malın-mülkün gedəcək” 

69757

“Mənim üçün evlənmək kitabı bağlandı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Yaşar Cəlilov “Tam vaxtıdır” gecə şousunda qonaq olarkən deyib.  

Şounun aparıcısı Roza Zərgərlinin Yaşara ünvanladığı “İkinci dəfə evlənəcəksən?” sualına ifaçının reaksiyası belə olub.  

“Bir dəfə evlənmək bəs edir. Bitdi artıq. Bu məsələni mən özümə aid edirəm. Xasiyyətim pisdir. Hər adam mənimlə yola getmir. Qarşıma bir xanım da çıxsa evlənməyəcəyəm. Beyəm gərək hər qarşına çıxanla evlənib, toy edəsən? Çıxsın, olsun yanımda. Əsas bir yerdə olmaqdır, mehriban olmaqdır. Düşünürsən ki, boşanacaqsan malın-mülkün gedəcək. Əgər bunu yaşamaq istəmirsənsə, onları adından çıxardırsan və çıxartmırsan ona verirsən. Deyirsən ki, ayrılırıqsa elə bunları da götür apar. Amma çıx get”.   

Xatırladaq ki, Yaşar Cəlilov boşanması ilə bağlı ilk dəfə "Hüseynova bacıları" verilişində məlumat verib.  

"Bu haqda ilk dəfə danışıram. Noyabrın 10-da rəsmi olaraq boşanmışam. Uyğun gəlmədik və yollarımızı ayırdıq", - deyə bildirib.  

Qeyd edək ki, Yaşar Cəlilov Nigar adlı xanımla evlənmişdi. Cütlüyün bir övladı var. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin