"Səni Axtarıram" ictimai-sosial verilişdə qandonduran cinayətin üstü açılıb.
Bizim.Media xəbər verir ki, sozügedən verilişin aparıcısı Xoşqədəm Hidayətqızı sosial media hesabında baş verən cinayətin izinə düşərək, dəhşətli faktları gün üzünə çıxarıb.
O, əmisi qızını zorlayıb, daha sonra başını kəsən qatilin yalanlarını ifşa edərək, onu biabır edib.
"Səidə adlı bir qız öz əmisi oğlu tərəfindən təcavüzə məruz qaldı, sonra müəmmalı şəkildə yoxa çıxdı. İllərdir "Səni Axtarıram" proqramında axtarış getdi, təcavüz edən əmioğlu studiyada mən daxil hamını təhqir etdi, hədələdi... Amma ana sonuna qədər "Qızımı Əfrayıl öldürüb" dedi. Anaya inandım. Bu fotoda gördüyünüz vicdansıza "etiraf et" dedim.
Etiraf əvəzinə məni məhkəmə ilə hədələdi. İndi bu şərəfsiz etiraf edib. Səidəni ödürdüyünü, başını kəsdiyini, yandırdığını söyləyib. Şərəfsiz, iyrənc... Sən məni məhv etdin, sinirlərim pozuldu, yuxum qaçdı, insanlığa nifrət oyatdın. Allah bəlanı versin!"
Qeyd edək ki, bir müddət öncə də "Səni Axtarıram" proqramında Ağcabədi rayon sakini Əfsanə Məmmədovanın öz qayınanasını qətlə yetirdiyi ortalığa çıxıb. Həmin qadını mühafizə orqanları studiyadan çıxararaq, polisə aparıblar.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:37 / 14.04.2022
Xoşqədəmin verilişində dəhşətli cinayətin üstü açıldı: Əmisi qızını əvvəl zorlayıb, sonra isə... - VİDEO
Hazırda oxunan: Xoşqədəmin verilişində dəhşətli cinayətin üstü açıldı: Əmisi qızını əvvəl zorlayıb, sonra isə... - VİDEO
Hazırda oxunan: Xoşqədəmin verilişində dəhşətli cinayətin üstü açıldı: Əmisi qızını əvvəl zorlayıb, sonra isə... - VİDEO
69558
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.