“Nənə olmaq çox istəyirəm. Mənim üçün ondan böyük fəxri ad yoxdur”.
Bu sözləri Bizim Media-nın əməkdaşı ilə söhbətində Əməkdar artist Nahidə Orucova deyib. Sənətçi, qızı Bilqeyisin hələ ana olmaq istəmədiyini də açıqlayıb.
“İndi cavanlar öz həyatlarını yaşayırlar. Onlar nə zaman valideyn olmağa qərar verəcəklərsə, o zaman mən də nənə olacağam. Təki canları sağ olsun və bir-birini başa düşsünlər”.
Orucova bir müddət öncə söylədiyi “ekspert kimi sosial-ictimai verilişlərə pul müqabilində qatılacağam” sözlərinə də aydınlıq gətirib.
“Şərt qoymamışam, sadəcə təklif etmişəm. İllər əvvəl bir ana televiziyamız var idi. Biz orada hər çıxışımıza görə müəyyən qonorarlar alırdıq. Amma indi televiziyalar heç bir qonorar ödəmək istəmirlər. Heç kimə sirr deyil ki, özəl televiziyalar çox yaxşı pullar qazanırlar. Bizi verilişlərə çağırırlar. Biz də böyük məmnuniyyətlə gedib, iştirak edirik. Sosial-ictimai verilişlərə baxan tamaşaçılar ora pənah gətirən insanların çoxunu heç tanımırlar.
Amma orada məni və mənim kimi digər məşhur simaları görəndə, istər-istəməz diqqətini ekrana kilidləyir. Bir sözlə bizə görə bu kimi verilişlərə baxılır. Kanallar başa düşməlidirlər ki, biz onlara reytinq veririk. Zəhmət çəksinlər, buna görə də bizə pul versinlər”.
Əməkdar artist rol aldığı serial və filmlərdən az qonorar almasında da gileylənib.
“Qonorardan danışmağa belə dəyməz. Çox gülünc və cılız məbləğdir. Qeyri-peşəkar aktrisalar serial və filmlərdə rol alırlar. Baxıb görürsən ki, qabında heç nə yoxdur, amma səndən qat-qat artıq qonorar alır. Bu doğru deyil. Bu sənətdə canını qoyan, illərini həsr edən əsl peşəkar aktyorlar yüksək dəyərləndirilməlidir, qonorarı da artıq olmalıdır. 61 yaşım var, 42 ildir sənətdəyəm və mənim reklama artıq ehtiyacım yoxdur. Məni bütün Azərbaycan tamaşaçısı tanıyır.
Mənə indi yalnız dolanmaq üçün pul lazımdır. Hər çəkilişdən bizə pul verirlər. O pul isə heç 100 manat belə deyil. Sadəcə illərlə həmin rejissorlarla müxtəlif serial və filmlərdə işlədiyimə görə, aramızda hörmət olduğuna görə, onlara rədd cavabı verə bilmirəm.
Gənc aktyorlar üçün o məbləğ normal ola bilər. Amma bizim üçün çox azdır. İllərdir bu sənətdə külüng vuran sənətkara belə dəyər vermər olmaz”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:10 / 13.04.2022
Nahidə Orucovadan ETİRAZ: “Qabında heç nə yoxdur, amma səndən qat-qat artıq qonorar alır” – ÖZƏL
Hazırda oxunan: Nahidə Orucovadan ETİRAZ: “Qabında heç nə yoxdur, amma səndən qat-qat artıq qonorar alır” – ÖZƏL
Hazırda oxunan: Nahidə Orucovadan ETİRAZ: “Qabında heç nə yoxdur, amma səndən qat-qat artıq qonorar alır” – ÖZƏL
69402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.