Sosial şəbəkədə Əməkdar artist Bəsti Sevdiyevanın yayılan fotosu izləyicilərin diqqətini çəkib. Onlar xanəndənin birdən-birə bu qədər arıqlamasını səhhətində yaranan problemlə əlaqələndiriblər.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı B.Sevdiyeva ilə əlaqə saxlayıb.
Sənətçi bir müddət əvvəl ayaqlarında əməliyyat keçirdiyini və hazırda səhhətində heç bir problem olmadığını açıqlayıb:
“Ayaqlarımda kök hüceyrə əməliyyatı keçirtdim. Sonra isə həkimim mənə arıqlamağı məsləhət gördü. Pəhriz saxlamağa başladım. 23 kilo çəki atmışam. Bu çəkini isə 3 il müddətində əldə etmişəm.
İdmanla məşğul olmuram, sadəcə yeməyimi azaltmışam. Bir sözlə sağlam arıqlamışam. Hazırda isə özümü çox yaxşı hiss edirəm”.
Rəşad Əliyev, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
17:44 / 12.04.2022
Əməkdar artist tanınmaz halda: 23 kilo arıqladı - FOTO
Hazırda oxunan: Əməkdar artist tanınmaz halda: 23 kilo arıqladı - FOTO
Hazırda oxunan: Əməkdar artist tanınmaz halda: 23 kilo arıqladı - FOTO
69283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.