Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canananı rəqqasə Fatimə Fətəliyevanın ad günü məclisindən qovdurmasının görüntüləri gündəm oldu.
Bizim.Media xəbər verir ki, Fatimə "Instagram" hesabında canlı yayım açaraq, qalmaqallı hadisəyə şərh verib.
Sənətçi Canananı bu addımı qəsdən və reklam üçün atdığını dilə gətirib:
"Mətanət xanıma böyük bir bacı kimi münasibət bəsləyirəmsə, necə ola bilər ki, Canana mənim ad günümdə iştirak etsin? O an Canananın yanına yaxınlaşdım, soruşdum ki, sizi bura mən dəvət etmişəm? Gülə-gülə "Biz çəkiliş heyətiylə gəlmişik" cavabını verdi.
Sual verdim ki, müxbirsən, yoxsa aparıcısan, çəkiliş heyətiylə mənim ad günümdə nə gəzirsən? Canana bunu qəsdən etdi ki, reklam olunsun, haqqında danışılsın və insanların ona yazığı gəlsin. Onu da deyim ki, çox şeyləri bilmirsiniz. Xanım o fikirlə gəlmişdi ki, özünə reklam qazansın və onu da bacardı. Halal olsun".
Qeyd edək ki, Canana M.İsgəndərlinin oğlu Kərimlə ötən il rəsmi şəkildə boşanıb. 3 uşaq əvvəlcə ataya verilsə də, apellyasiya məhkəməsi uşaqları anaya qaytarıb.
Hazırda isə Kərim Ali Məhkəməyə müraciət edib. Canana ötən həftələrdə canlı efirdə M. İsgəndərli ilə barışmaq istədiyini bildirsədə, qarşı tərəf onun bu addımı rədd edərək, heç bir barışığın olmayacağını açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:30 / 12.04.2022
Fatimə məclisdən qovduğu Canana haqqında - "Mənim ad günümdə nə gəzirsən?"
Hazırda oxunan: Fatimə məclisdən qovduğu Canana haqqında - "Mənim ad günümdə nə gəzirsən?"
Hazırda oxunan: Fatimə məclisdən qovduğu Canana haqqında - "Mənim ad günümdə nə gəzirsən?"
69190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.