Muğam ustadları arasında QALMAQAL: “Bahalı kostyum geyinir, oxuduğu biabırçılıqdır” - VİDEO

Hazırda oxunan: Muğam ustadları arasında QALMAQAL: “Bahalı kostyum geyinir, oxuduğu biabırçılıqdır” - VİDEO

69188

Müğənni Nigar Şabanovanın səsləndirdiyi “Oxuduğum muğam janrına yeni tərz gətirmək istəyirəm. Çünki geyim tərzi mənə mane olur” fikirlərinə həmkarı Əməkdar artist Simarə İmanova münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, sənətçi gənc həmkarlarının cins şalvarla muğam oxumasını yolverilməz olduğunu söyləyib:

“Bizim milli musiqimiz yalnız milli geyimlərlə göz önünə gəlir. Abırlı geyim olmalıdır. Heç cürə təsəvvür edə bilmirəm, cins şalvar geyinib əlində qaval muğam oxuyursan. Mən Əməkdar artist Zakir Əliyevlə ADMİU-də dərs deyirik.
Orada tələbələrə iradımızı bildiririk ki, tələbə imtahana gələndə elə gəlməlidir ki, sən muğam ifaçısısan, əlinə qaval alırsan. Əgər bizim tarımız, kamanımız səslənirsə ixtiyarımız yoxdur ki, özümüz də qeyri-ixtiyarı bir şeylər ixtiyar edək ki, belə bir geyim olmalıdır.

Bir sözlə muğam üçlüyü deyəndə göz önünə abır-həya, səliqə-sahman, tərbiyə gəlir. Bizim musiqimizin kökü muğamdır. Ustadlarımız necə yol qoyublarsa o yolu da davam etməliyik. Heç cürə uyğunluq ola bilməz.

Bu geyimi geyinib, gəzməyə gedə bilərsən. Bu geyimi tarımıza, kamanımıza və qavalımıza hörmətsizlik sayıram. Bu gün biz əgər bunu qoruyub saxlamasaq, bəs gələn nəsil bizə nə deyər?!” 
Müzakirələrə yol açan məsələyə sözügedən proqramda qonaq olan Əməkdar artist Zakir Əliyev iddialı açıqlaması ilə gündəmə səs salıb. 

“Məsələn bir müğənni bahalı kostyum geyinir, gəlib oturub oxuyur, amma oxuduğu biabrçılıqdır”.

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin