Mahsun Kırmızıgülün 6 illik evliliyi 15 dəqiqədə bitdi

Hazırda oxunan: Mahsun Kırmızıgülün 6 illik evliliyi 15 dəqiqədə bitdi

69096

Türkiyəli müğənni Mahsun Kırmızıgüllə həyat yoldaşı Ece Binay boşanıb. 

Bizim.Media xəbər verir ki, Beykoz Ədliyyəsində baş tutan prosesdə 6 illik evliliyi cəmi 15 dəqiqəyə son qoyulub. 

Boşanmadan sonra media əhlinin suallarını cavablandıran sənətçi "Bütün cəhdlərimizə baxmayaraq, evliliyimizi xilas edə bilmədik. Fikir müxtəlifliyi səbəbindən ayrıldıq" - deyə açıqlama verib.  
M.Kırmızıgül, övladının qəyyumluğu ilə bağlı suala isə hər zaman görüşəcəklərini bildirərək məkanı tərk edib.

Ece isə xəyanət iddiaları ilə bağlı verilən suallara susub. O, "Boşanma ərizəsi verdim, bitdi" deyə, qısa şərh bildirib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin