Qarnından piyləri çıxartdıran Nadir: \"Əyilib-durmaqda çətinlik çəkirdim\" - ÖZƏL

Hazırda oxunan: Qarnından piyləri çıxartdıran Nadir: \"Əyilib-durmaqda çətinlik çəkirdim\" - ÖZƏL

69093

“Bu mənim pandemiya zamanı yığdığım artıq çəki və piylər idi. Hamımız evdə oturduq və yemək yeyib kökəldik. Bu piylər yığıldı-yığıldı. Zamanım olsa da, idmana getməyə həvəsim yox idi. Diskomfort hissi yaşayırdım. Əyilib ayaqqabımın bağını belə bağlaya bilmirdim. Əyilib-durmaqda belə çətinlik çəkirdim. Bir sözlə artıq çəkidən xilas oldum”. 

Bu sözləri bir neçə gün əvvəl artıq çəkidən azad olmaq üçün bıçaq altına uzanan müğənni Nadir Qafarzadə Bizim.Media-ya açıqlamasında bildirib.

Sənətçi plastik əməliyyat yolu ilə bədənindən 4 kiloqrama yaxın piy çıxarıldığını bildirib:

“Ağır əməliyyat idi. Yalnız qarnımdan piy çıxartdılar. Mən səhnə adamıyam. Gərək hər zaman səhnədə yaraşıqlı və formada olum. Artıq heç nə görsənməsin. Geyim əynimdə qəşəng oturmalıdır. Artıq bir şeylər görünəndə kompleksə düşürəm. Mən artistəm. Bəlkədə sıradan bir insan olsaydım əməliyyat etdirməzdim”.

N.Qafarzadə onu bu addımına görə qınayanları yerlə bir elədi:

“Bir çoxları bunu başqa yerlərə yozdu. Allah onları islah etsin. Sizin redaksiya vasitəsi ilə bildirmək istəyirəm ki, bədənşəkilləndirmə əməliyyatı keçirməmişəm. Sadəcə artıq çəkidən xilas olmuşam. Mənə belə xoşdur. Bundan sonra lazım olsa, yenə də əməliyyat etdirəcəyəm”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin