Şəbnəmin həyat yoldaşı Telli Borçalıya niyə pul verib?

Hazırda oxunan: Şəbnəmin həyat yoldaşı Telli Borçalıya niyə pul verib?

69063

“Aşıq Mübarizlə Şəbnəm Tovuzlunun evlərinə getmişdik. Orada Şəbnəmin həyat yoldaşı ilə tanış oldum. Böyük mədəniyyətə sahibdir. Bizi çox gözəl qarşıladı. Hələ bizə pul da verdi”.

Bizim.Media xəbər verir ki, bu sözləri aşıq Telli Borçalı “Zaurla Günaydın” verilişində deyib.

Sözügedən proqramda qonaq olan müğənni Şəbnəm Tovuzlu yaşanan hadisəni bu cür nəql edib:

“Dünyasını dəyişən anamla xalam rayondan bizə qonaq gəldilər. Onlar aşıq nəslindəndirlər. Gördüm ki, ikisi də darıxır. Düşündüm ki, onların əhvalını qaldırmaq lazımdır. Onların kefini yalnız Telli aça bilərdi. Zəng edib, onları evimizə qonaq dəvət etdim. Söylədim ki, içəri girəndə biriniz sazda ifa etsin, biriniz də şeir desin”.
Ş.Tovuzlunun sözlərini T.Borçalı belə davam etdirib:

“Oxuyub, oynayandan sonra bizə pul verdilər. Biz də o pulu masanın üzərinə qoyduq. Ayıbdır, götürmədik. Mübariz isə söylədi ki, pulu götürək. Cavab olaraq söylədim ki, götürə bilmərəm. Bunu görən Şəbnəm masanın üzərindən götürüb “Siz bu pulu götürməsəniz, sizinlə salam-kəlamımız bitəcək” dedi. Ona görə də biz də o pulu götürməli olduq”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin