Yaşarla Vüsalə yollarını ayırdı 

Hazırda oxunan: Yaşarla Vüsalə yollarını ayırdı 

68778

Uzun illərdir birgə çalışan müğənni Yaşar Cəlilov və aparıcı Vüsalə Kərimova yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Vüsalə “Instagram” hesabında paylaşım edib. 

“Həyatda hər şeyin bir sonu varmış. Təəssüf ki, bəzən səbəbsiz olsa da, yollar haçalanmağa məruz qalır. Mən həyatıma seçdiyim insanların dəyərini bilirəm.

Yaşar, səninlə uzun bir yol gəldik, birlikdə ağladıq da, güldük də. Acılı-şirinli çox şey yaşadıq. Hər kəsin ürəyindəkini Allah bilir. Birlikdə keçən 11 ili üst-üstə yığsaq, bəlkə də heç bir ilini mehriban olmadıq. Həmişə dalaşdıq, bir-birimizin sözü boğazımızdan keçmədi! “Dur!” deməyin zamanı gəldi məncə.
Sən yoluna davam et, yolun açıq olsun. Çalış yaşadığın ömür boyunca kimsənin ruhunu incitmə, sən haqq dünyasını bilənsən. Əsas odur ki, haqq dünyasına sorğu-sualsız gedəsən. Məndən bu qədər” – deyə Vüsalə Kərimova qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin